ABŞ və NATO Balkan yarımadasında ilk dəfə irimiqyaslı hərbi təlimlərə başlayır.
Astarainfo.az
 “Sözcü”yə istinadən xəbər verir ki, koronavirus səbəbindən təxirə salınan “Defender Europe 21” adlı təlimin keçirilməsinə may ayının sonunda start veriləcək. Ötən il hazırlıqlarına başlanılan təlimdə 28 min hərbçi iştirak edəcək. Təlim Albaniya, Xorvatiya, Bolqarıstan, Bosniya və Hersoqovinada həyata keçiriləcək.
Qeyd edək ki, təlimə ABŞ-ın Avropadakı komandanı general Tod Uolters rəhbərlik edir.