Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yeri dəyişdirilib.

Astarainfo.az-ın xəbərinə görə, sənətçinin ailəsindən “Report”a bildirilib ki, mərhumun cənazəsi bu gün “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

***11:50

Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsaşlığı verib.

Bu barədə nazirlikdən bildirilib.

“Xalq artistinin dəfni ilə bağlı məsələrə nazirlik tərəfindən müvafiq kömək göstəriləcəyini, dəfn yeri və vaxtının ailəsi tərəfindən müəyyən ediləcəyini bildiririk”, – nazirlikdən qeyd olunub.

***

Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.

Sənətçinin ailəsindən bildirilib ki, mərhumun cənazəsi bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı “Yeni klinika”da dünyasını dəyişib.

Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.

***10:38
Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib.
Yeniavaz.com
 xəbər verir ki, mərhumun cənazəsi yaşadığı evə gətirilib.
Hazırda binanın həyətində A.Quliyevlə vida mərasimi keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər.

***01:13
Xalq artisti Arif Quliyev vəfat edib.

Astarainfo.az  xəbər verir ki, bu barədə APA-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti “Yeni Klinika”da müalicə olunurdu.

Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.

Allah rəhmət eləsin!