Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayonda keçirilən tədbirlərin davamı olaraq ümumrayon iməciliyi və ağac əkmə aksiyası keçirilmişdir.

Rayon icra hakimiyyətinin şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivlərinin qatıldığı iməcilikdə prospekt və küçələr səliqəyə salınmış, bardurlər, ağacların gövdələri əhənglə ağardılmış, geniş miqyasda ərazi tullantılardan təmizlənmişdir.

Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Astara şəhərinə aid hissəsində sərv, eldar şamı, akasiya, göyrüş, girdəyarpaq birgöz, dəmir ağacı, palıd, ağcaqayın və digər ağac növlərindən ibarət ümumilikdə 1200-ə qədər ağac əkilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etmişlər. Geniş bir ərazidə ağac əkininin həyata keçirilməsi həm də ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına bir töhfədir.