Astarainfo.az xəbər verir ki, Z.Bünyadov adına şəhər  2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Səadət Heydərovanın  rəhbərliyi ilə 4-cü sinif şagirdləri pandemiya
dövründə eTwining üzrə “HOME LEARNİNG NETWORK”
layihəsinə qoşulub.

Evdə öyrənmə layihəsi uşaqların pandemiya
dövründə vaxtılarını səmərəli keçirməsi və onları sosial mediyanın
təsirindən qurtarmaq üçün yaradılıb.Uşaqlar layihə əsasında
tapşırıqları yerinə yetirərkən xalqımızın milli- mədəni irsi ilə daha
dərindən tanış olub və onu xarici öləkərlə əməkdaşlıq çərçivəsində
layiqincə təmsil etməyə çalışıblar.

Türkiyə,Gürcüstan və Azərbaycan məktəbləri iştirak etdiyi bu layihədə şagirdlər öz işlərini təqdim edərkən həmin xalqların mədəniyyəti ilə də tanış olublar.Belə ki, şagirdlər onlayn iclaslarda çoxlu dostlar qazanıb,əməkdaşlığın önəmini anlayıb,araşdırmalar
zamanı əldə etdikləri bilikləri təqdim edərkən özünüifadə bacarıqlarını
nümayiş etdiriblər.Layihədəki tapşırıqlar demək olar ki, bütün fənlərlə
əlaqələndirilib.

Müddəti 5 ay olan bu layihə bitsə də, gələcək fəaliyyətlərində onlara köməklik göstərəcək.