Rayonumuzun Kakalos kəndində Heydər Əliyev adına  Mədəniyyət və İstirahət parkında xüsusi canlanma var idi.Yamyaşıllığa bürünmüş parkda rəngbərəng meyvə ağaclarının, çiçəklərinin ətri -rayihəsi insanın könlünü oxşayır,ruhunu təzələyirdi.

Respublikanın “Fəxri mədəniyyət işçisi” , Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ictimai əsaslarla direktoru Fərbiyyə Şabanovanın və mədəniyyət evində fəaliyyət göstərən “Əvəsor” folklor ansamblının “Nəcib qızlar”,Şəhriyar adına xalq teatrının üzvlərinin dəstəyi ilə həyata vəsiqə alan açıq havada  Etnoqrafik muzeydə qızğın “iş” gedirdi.Kimisi qaladığı təndirə çörək yapır,kimisi balıq ləvəngisi bişirir,samovar qaynadır,kimisi əl dəyirmanında çəltik döyür,dastorda düyü üyüdür,nehrə çalxalayır,kimisi də “tumun si”də həsir toxuyurdu.

Fərbiyyə Şabanovanın yeni layihəsi əsasında yaradılmış Etnoqrafik muzeyə dəvət olunanlar muzeydəki eksponatlara maraqla baxırdı.Milli ideologiyamızı ,adət-ənənələrimizi yaşadan muzeyin açılış rəmzi olan qırmızı lenti kəsmək RİHB-nin müavini,ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxovaya nəsib oldu.Alqışlar könülləri oxşadı. Parkda rəngbərəng yaşıllıqlar,çiçəklər içində qoyulmuş Heydər Əliyevin büstü də sanki ulu keçmişimizi yaşadanları salamlayırdı.

Muzeyin açılşında RHİB-nın böyük məsləhətçisi Nəsib Əkbərov ,Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi,rayon üzrə nümayəndəsi Şadoğlan Bayramov,Kakalos kənd İƏD üzrə nümayəndə Raul Məmmədov ,kənd bələdiyyəsinin sədri Mahir Əliyev ,əmək veteranı Paşa Şükürov,Siyakü kənd folklor evinin direktoru Mahir Əlifoğlu və başqa qonaqlar iştirak edirdi.

Sonda  “ağac stol və stul”larda açılan süfrə ,çəkilən xatirə şəkillər tədbirin bəzəyi oldu.

Gülnar Əsədli