“Polşanın NATO-nun Türkiyəyə xüsusi təhlükəsizlik tədbirləri çərçivəsində İncirlik Bazamıza dəniz patrul təyyarəsi və hərbi missiya göndərməsini alqışlayırıq. F-16 təyyarəmizi tezliklə Polşaya göndərəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Polşa Prezidenti Andji Duda ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Türkiyə ilə Polşanın dostluq əlaqələrinin təməlinin 6 əsr öncə qoyulduğunu vurğulayan Prezident Ərdoğan bildirib ki, Türkiyə tarixində ilk dəfə Avropa İttifaqı və NATO üzvü olan bir ölkəyə pilotsuz uçuş aparatı (PUA) ixrac edəcək.

Türkiyənin pilotsuz təyyarə istehsalında dünyanın ən yaxşı 3-4 ölkəsindən biri olduğunu vurğulayan Ərdoğan, “Bu təcrübə, qabiliyyət və imkanları NATO müttəfiqimiz Polşa ilə bölüşməkdən çox məmnunuq, deyə bildirib.//apa