Bu ilin əvvəlinə Astara rayonunda mövcud avtonəqliyyat vasitələrinin sayı 8756 ədəd təşkil etməklə 6,2 faiz və ya 513 ədəd artıb. Avtomobillərin 1104 ədədini (12,6 faiz) yük avtomobilləri, 23 ədədini (0,3 faiz) xüsusi təyinatlı avtomobillər, 164 ədədini (1,9 faiz) avtobuslar, 7420 ədədini (84,7 faizi) sərnişin minik avtomobilləri,45 ədədini (0,5 faizi) digər avtomobillər təşkil edir.

Bu barədə Astara Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, rayonda olan avtomobillərin 98,3 faizi və ya 8603 ədədi vətəndaşların mülkiyyətində olmaqla, onların 7374 ədədi şəxsi minik avtomobilləridir.

Müəssisə və təşkilatların balansında olan minik avtomobilləri də nəzərə alınmaqla, rayon üzrə əhalinin hər 1000 nəfərinə düşən minik avtomobillərinin sayı 67-yə çatıb, hər 100 ailədən 34-ü isə şəxsi minik avtomobilinə malikdir.

Diqqətə çatdırılıb ki, mövcud avtomobillərdən 153-ü hüquqi şəxslərin balansında, 8603 ədədi isə fiziki şəxslərin mülkiyyətindədir. Hüquqi şəxslərə məxsus avtomobillərin 79,7 faizi dövlət mülkiyyətinə, 19,6 faizi xüsusi mülkiyyətə, 0,7 faizi bələdiyyə mülkiyyətinə aiddir.

Fiziki şəxslərə məxsus avtomobillərin 1046 ədədi yük avtomobilləri, 134 ədədi sərnişin avtobusları, 7374 ədədi sərnişin minik avtomobilləri, 13 ədədi xüsusi təyinatlı avtomobillər, 36 ədədi isə digər avtomobillərdir. Əvvəlki illə müqayisədə Astara rayonunda avtomobillərin sayı 6,2 faiz, o cümlədən yük avtomobillərinin sayı 10,1 faiz, sərnişin avtobuslarının sayı isə 5,1 faiz, sərnişin minik avtomobillərinin sayı isə 5,7 faiz artıb.

Astarainfo.az