Mayın 26-da Astara Gənclər Evində rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə gənclər arasında rayon birinciliyi keçirilib.

Astarainfo.az xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən bilik yarışmasının açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən danışıb.

Bilik yarışmasında 8 komanda qələbə uğrunda mübarizə aparıb. Yarışın yekun nəticələrinə əsasən, könüllülərdən ibarət “Narsis” komandası birinci, Astara şəhər 6 nömrəli tam orta məktəbin “Zəfər” komandası ikinci, Astara şəhər 1 nömrəli tam orta məktəbin “İstiqlal” komandası üçüncü yerə layiq görülüb.

Rayon birinciliyində fəxri yerlərə sahib olan komandaların üzvlərinə diplomlar və hədiyyələr təqdim olunub.