Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda növbəti sorğu keçirilib.
Astarainfo.az Yeniava/com-a istinadla  xəbər verir ki, sorğuda vətəndaşlardan “Bu bazar seçki olsa kimə səs verərdiniz?” soruşulub.
Sorğuda iştirak edənlərin 13,4%-i  seçkidə iştirak etməyəcəklərini bildiriblər.
Keçirilən sorğunun nəticələri aşağıdakı kimi olub:
22,4% – Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına
20,6% – Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna
4,2% – Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına
3,9% – Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim Şərəfim Var” blokuna
2,9% – “İşıqlı Ermənistan” partiyasına
2,1% – Aram Sarkisyanın (Vazgen Sarkisyanın qardaşı) rəhbərlik etdiyi “Respublika” partiyasına
Digər partiyalar və bloklar 2%-dən də az səs toplayıb.
Məlumat üçün bildirək ki, “Gallup”-ın bir həftə əvvəl keçirdiyi sorğunun nəticəsi aşağıdakı kimi olub:
22,9% – Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına
17,5% – Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna
3,8% – Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına
2,8% – Aram Sarkisyanın (Vazgen Sarkisyanın qardaşı) rəhbərlik etdiyi “Respublika” partiyasına
2,7% – Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim Şərəfim Var” blokuna
2,3% – “İşıqlı Ermənistan” partiyasına