Astarainfo.az xəbər verir ki, rayonda Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilib. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi və Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası ilə əlaqədar Oqtay Kazımi adına Astara Uşaq Musiqi məktəbində dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar məktəbin müəllim və şagirdlərinin iştirakı ilə musiqili ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirdə musiqinin müşayəti ilə Nizaminin qəzəlləri səsləndirilmiş, “Kərpickəsən kişinin dastanı” səhnəsi nümayiş etdirilmişdir. Tədbir məktəbin muğam sinfinin müəllimi Elyana Məmmədovanın ifasında dahi Üzeyir Hacıbəyovun Nizaminin sözlərinə yazdığı “Segili canan” romansı ilə başa çatıb.