Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müvəqqəti baş nazir Nikol Paşinyanın gizli səs yazısını yayımlayıb.
Astarainfo.az
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, səs yazısında Paşinyan Rusiyada Qarabağla bağlı keçirilən görüşlərdən biri barədə danışır:
“Putin, Nazarbayev və Lukaşenko gəlib mənə çox populyar və Qarabağ məsələsini həll etmək üçün tarixi bir şansım olduğumu dedilər. Mən həmin şans barədə soruşdum. Lavrovun (Rusiyanın xarici işlər naziri) yazdıqlarını mənə göstərdilər. Belə ki, 7 rayon qaytarılır və Rusiya ordusu bölgəyə gəlir, orada milçək belə uçmayacağını bildirdilər. Cavab olaraq Qarabağın statusu təyin olunmadan bu məsələni müzakirə edə bilməyəcəyimi dedim. Sonra anladım ki, bu məsələlərdən və danışıqlardan uzaqlaşmalıyam. Bunu nəyin bahasına olur-olsun etməliyəm. Bəlkə biraz dəli kimi görünərək, çılğın hərəkətlərlə bu qarışıq dairədən çıxmalıyam”.
Sarkisyan mətbuat konfransında yayımladığı vu səs yazısından sonra Paşinyanın özünü dəli kimi apardığını bunun da dövlət adamı üçün yolverilməz olduğunu dilə gətirib.