Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Bayden ilə görüşmədən əvvəl ən vacib məsələni açıqlayıb.
Astarainfo.az  xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb. Rusiya liderinə görə, Baydenlə müzakirə edəcəyi ən vacib mövzu kiber təhlükəsizlik məsələsidir. Bildirilib ki, kiber təhlükəzisliyin vacib olması bəzi sistemlərə müdaxilənin dəhşətli nəticələrə səbəb ola biləcəyi ilə əlaqədardır.
Qeyd edək ki, Bayden-Putin görüşü 16 iyunda İsveçrədə baş tutacaq.