Rayon icra hakimiyyəti, təhsil və səhiyyə şöbələrinin nümayəndələri bir neçə şəhid ailəsini ziyarət etmişlər.

Şəhid mayor Kamran Fərəcovun, kapitan Şahnur Hüseynovun, Əli Feyziyevin, Baba Qasımovun, Sadiq Zeynalovun, Ruslan Əliyevin, Nurlan Rəhimovun və Kamran Seyfullazadənin ailəsi ilə görüşən nümayəndələr onların problem və qayğıları ilə maqarlanmış, istək və arzularını dinləmişlər.

 

Nümayəndələr həmçinin Ağstafa rayonundan olan şəhid İsmayılov Rəhman Mehti oğlunun Ərçivan qəsəbəsində yaşayan həyat yoldaşı və qızına baş çəkmişlər.                                                                                                                                Şəhidin 1 yaşı tamam olan qızı Aylini təbrik edərək hədiyyələr təqdim etmişlər