15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etdiyi, Azərbaycan xalqını bu günkü xoş, firavan günlərə yetirdiyi həmin tarix Qurtuluş Günü bayramı kimi hər il qeyd edilir. Bu şanlı tarixlə əlaqədar hər il Astarada  silsilə tədbirlər keçirilir.

İyunun 14-də rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilmişdir. Konfransda ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsindən, bu ilki bayramın 30 ildən sonra ilk dəfə bütün Azərbaycan torpaqlarında təntənəli şəkildə qeyd edilməsindən sevinc və qürur hissi ilə danışılmış, bu qələbənin təməlinin ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulduğu vurğulanmışdır.

15 iyun Milli Qurtuluş Günündə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.