Dünyada son 24 saat ərzində 20 min 949 nəfər koronavirusa yoluxub, 641 nəfər ölüb.
Astarainfo.az  “worldometers”ə istinadən xəbər verir ki, son bir gün ərzində sağalanların sayı isə 37 min 792 nəfər olub.
Bu günə kimi dünyada koronavirusa yoluxanların sayı 177 milyon 419 min 783 nəfər olub. Ölənlərin sayı 3 milyon 838 min 670 nəfər, sağalanların sayı isə 161 milyon 868 min 524 nəfər olub.
Qeyd edək ki, koronavirus tablosunda ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyə yer alıb.