SEDA “Azərbaycanda Seçilmiş ABŞ Hökuməti Yardım Proqramları” üzrə ABŞ və Azərbaycan Respublikası arasında imzalanan Anlaşma Memorandumu əsasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə vəsaiti və Azərbaycan Hökumətinin dəstəyi ilə icra olunan layihədir.

Astarainfo.az xəbər verir ki, 16 iyun 2021-ci ildə SEDA proqramı çərçivəsində Astara rayonunun Pensər kəndində Pensər icması ilə birlikdə 850 m uzunluğunda körpələr evi-uşaq bağçası yolunun və Fətəlioba icması ilə birlikdə Siyakeş kəndində 1003 m uzunluğunda məktəb yolunun asfaltlaşdırılmasının açılış mərasimi keçirilib.

Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndəsi Pərviz Musayev, ABŞ səfirliyinin nümayəndəsi Laura Daniels, SEDA proqramının direktoru Cabir Əlizadə və İqtisadiyyat Nazirliyinin Lənkəran Regional bölməsinin nümayəndəsi Nənəbacı Muradova iştirak ediblər.