İranda keçirilən 13-cü prezident seçkilərinin ilkin nəticələrinə görə qalib İbrahim Rəisi olub.
Astarainfo.az 
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rəisi 28 milyon 600 min səsdən 17 milyon 800 minini toplayıb.
İslahatçı namizəd, mərkəzi bankın keçmiş  başçısı Abdunnasır Himmeti, mühafizəkar namizədlər, İnqilab Keşikçiləri Ordusunun keçmiş baş komandanı və Əmir Vəkili Hüseyn Kadızadə Haşimi seçkidə qalib gəlmiş Rəisini təbrik ediblər.
Prezident Həsən Ruhani də öz açıqlamasında Rəisini təbrik edərək, prezident səlahiyyətlərinin vəzifəsini 45 gündən sonra ona təhvil verəcəyini bildirib.
Qeyd edək ki, ötən gün (18 iyun) İranda 13-cü çağırış prezident seçkiləri keçirilib. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparıb. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.