Rusiya, 22 iyun tarixindən etibarən Türkiyə ilə həm müntəzəm, həm də çarter uçuşlarını bərpa edir. Astarainfo.az  xəbər verir ki, bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə əməliyyat qərargahı məlumat yayıb.

“Rusiya nümayəndə heyətinin Türkiyəyə səfərindən sonra və rus mütəxəssislərin rəyinə uyğun olaraq, 22 iyun 2021-ci il tarixdən etibarən Türkiyə ilə müntəzəm və çarter uçuşlarının bərpa edilməsinin məqsədəuyğunluğu barədə qərar qəbul edildi”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Tatyana Qolikova, 22 iyun tarixindən etibarən Rusiya ilə Türkiyə arasında uçuşların bərpa olunacağını elan etmişdi.