Lənkəranda qəzaya uğrayan avtomobil yanıb.
Hadisə Bakı-Astara-İran İslam Respublikası sərhəd yolunun Lənkəranın Boladi kəndində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı zolaqlararası beton maneəyə çırpılıb və bundan sonra alışıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə FHN-in xilasediciləri və yanğın söndürmə maşınları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.