Xəbər verdiyimiz kimi, bu gün Ermənistanda parlament seçkiləri başlayıb.
Astarainfo.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, paytaxt İrəvanda seçicilər seçki məntəqələrinə yollanarkən “Ermənistan” blokunun lideri Robert Koçaryanın əleyhinə vərəqələrlə qarşılaşıblar.
Küçələrə səpələnmiş yüzlərlə vərəqədə Robert Koçaryanın şəkli olub və üzərində “ermənilərin qatili” yazılıb.