İran Xarici İşlər Nazirliyi Buşehr nüvə stansiyasına hücumla bağlı yayılan məlumatlara cavab verib.
Astarainfo.az xarici KİV-ə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Buşehr nüvə stansiyasına heç bir hücumun baş vermədiyini deyib:
“Buşehr nüvə stansiyasına hücum edilməyib. Sadəcə texniki nasazlıq səbəbilə iş dayandırılıb. Həmçinin qeyd edim ki, atom elektrik stansiyasının istismarı hər il texniki baxım məqsədilə bir neçə gün dayandırılır”.
Qeyd edək ki, Buşehr AES ən böyük Rusiya-İran layihəsi hesab olunur. Rusiyanın iştirakı ilə tamamlanan nüvə elektrik stansiyasının ilk bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub.