Rusiyanın Müdafiə Nazirliyi Qara dənizdə İngiltərəyə aid gəmi ilə yaşanan gərginliyin görüntülərini yayıb.
Astarainfo.az
yeniavaz/com-un xəbərinə istinadla  xəbər verir ki, həmin görüntülər sərhədi pozan gəmi bölgədən kənarlaşdırılarkə Rusiyaya aid qırıcı təyyarədən çəkilib.
Xatırladaq ki, bu gün  İngiltərəyə aid gəmi Rusiya sərhədini keçərək üç kilometr məsafədə ərazi sularına daxil olub. Rusiya hərbçiləri sərhədin pozulması barədə xəbərdarlıq etsə də qarşı tərəfdən heç bir reaksiya verilməyib. Bu səbəblə Rusiyanın sərhəd patrul gəmisi xəbərdarlıq atəşi açıb. Daha sonra “Su-24M” qırıcı təyyarəsi havaya qalxaraq gəmi istiqamətində atəş açaraq sərt şəkildə xəbərdarlıq edib.