Rusiya ilə Misir arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
Astarainfo.az
 xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Müzakirələrdə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və misirli həmkarı Məhəmməd Həsən iştirak edib. Görüş Moskvada təşkil edilmiş Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində həyata keçirilib.
Misirin müdafiə nazirinin müavini Rusiya ilə Misir arasında hərbi sahədə ikitərəfli əlaqələrin inkişafında müsbət irəliləyişlərin olduğunu diqqətə çatdırıb.