Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin tapşırığına əsasən RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, təhsil şöbəsi, gənclər və idman idarəsinin rəhbərləri bir neçə şəhid ailəsini ziyarət etmiş, qazilərlə görüşmüşlər.
Şəhid Rəşad Eyvazovun, Elnur Əbdülovun, Tarif Cəfərzadənin, Pərvin Salmanzadənin, Samir Səmədovun, Orxan Babayevin, Rameş Zəkiyevin, Rövşən Ramazanovun ailələri və qazilər Raman Şüvünəliyev, Şəmistan Bağırov, Emil Baxşiyev, Şəmşir Həmdəmovla görüşən nümayəndələr onların problem və qayğıları ilə maraqlanmış, istək və arzularını dinləmişlər.