Ermənistanın sabiq prezidenti Serj Sarkisyan İkinci Qarabağ Müharibəsi və bölgədə baş verən hadisələr barədə açıqlamalar verib.
Astarainfo.az 
xəbər verir ki, Sarkisyan BBC-yə verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsinin Nikol Paşinyanın səhvi ilə başladığını bildirib:
“Paşinyanın təkcə “Qarabağ Ermənistandır” sözü yox, digər addımları da müharibə üçün zəmin hazırladı. O, baş nazir  kimi fəaliyyət göstərdiyi müddətdə danışıqları rədd etdi. Müzakirələr tamamilə dayanma nöqtəsinə gəldi. Bu təbii ki, böyük bir xəta idi”.
Sarkisyan açıqlamasında həmçinin bildirib ki, prezident olduğu müddətdə heç vaxt torpaqları geri verməyəcəkləri ilə bağlı sözlər söyləməyib:
“2001-ci ildə hətta parlamentin tribunasından “Ağdam mənim vətənim deyil” dedim. Bunu daha açıq şəkildə ifadə necə ifadə etmək olardı? Xain adlandırılmağa hazır idim. Amma indiki aqibəti yaşamamağımız üçün belə qərarlar verirdim”.
Sarkisyan çıxışı zamanı bildirib ki, baş verən hərbi əməliyyatlar, danışıqların sonlanması müharibəni qaçınılmaz etdi.