Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regional bölmələrdə qida təhlükəsizliyi sisteminin səmərəli təşkili məqsədilə agentliyin fəaliyyət istiqamətlərindən irəli gələrək qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrində çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Bu barədə Asrarainfo.az-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Məlumata əsasən, qida məhsulları mühəndisliyi, qida təhlükəsizliyi, istehlak mallarının ekspertizası və marketinqi, tibbi profilaktika, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, aqronomluq, baytarlıq, bitki mühafizə, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış namizədlər çalışmaq istədikləri regionun adını mövzu yerində qeyd etməklə özləri barədə məlumatlara dair anket formasını info@afsa.gov.azünvanına göndərməli və ya 2021-ci il 12 iyul tarixinədək aşağıdakı regional bölmələrə təqdim etməlidirlər.
Xaçmaz Regional Bölməsi (Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı);
Şamaxı Regional Bölməsi (Şamaxı, Göyçay, Ağsu, Kürdəmir, İsmayıllı);
Salyan Regional Bölməsi (Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Neftçala);
Lənkəran Regional Bölməsi (Lənkəran, Masallı, Yardımlı, Astara, Lerik, Cəlilabad, Biləsuvar);
Bərdə Regional Bölməsi (Bərdə, Mingəçevir, Yevlax, Ağdaş, Tərtər, Ağdam);
Şəki Regional Bölməsi (Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ);
Gəncə Regional Bölməsi (Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən);
Tovuz Regional Bölməsi (Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy);
Ucar Regional Bölməsi (Ucar, Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Füzuli).