ABŞ-ın sabiq prezidenti Donald Tramp Ağ Evdən ayrılandan sonra ilk dəfə Ohayoda mitinq keçirib.
Astarainfo.az  xarici KİV-ə istinadla xəbər verir ki, Tramp mitinqdə ABŞ prezident seçkilərində səslərin sayılmasında saxtakarlıq olduğunu deyib.
Tramp Co Baydeni Çinə təslim olmaqda günahlandırıb. Bildirib ki, bu ABŞ üçün utanılası hadisədir: “Ağ Evi, senatı və ABŞ-ı tezliklə geri alacağıq”.