Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının Delta növü ilə bağlı daha bir xəbərdarlıq edib.
Astarainfo.az  xarici KİV-ə istinadən xəbər verir ki, ÜST Detla variantının COVID-19-dan daha sürətlə yayıldığını açıqlayıb.
ÜST-ün dərman və sağlamlıq məhsulları üzrə baş direktor müavini Marangela bildirib ki, insanlar peyvəndin hər iki dozasını vurdursalar da özlərini təhlükəsiz hiss etməməlidirlər: “Hər iki doza peyvəndin vuruması sizi qorumayacaq. İnsanların sıx olduğu yerlərdə tibbi maskadan istifadə edilməlidir. Peyvənd olunmaq tamamilə qurtulmaq demək deyil. Maska taxmalı, əl gigiyenasına diqqət edilməli, sıxlıqdan qaçılmalıdır”.