Astara rayonunda yazlıq bitkilərin əkini başa çatıb. Rayonda 4221,8 hektar sahədə yazlıq əkin aparılıb.

Bu barədə Astarainfo.az -a  Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin yazında 603,6 hektar sahədə dənli və dənli paxlalı bitkilər, 180 hektar sahədə dən üçün qarğıdalı, 971 hektarda kartof, 1922 hektarda tərəvəz, 383 hektarda bostan bitkiləri, 1 hektarda dən üçün günəbaxan və 162 hektarda çoxillik bitkilərin səpini aparılıb.

Rayonda 2021-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil olmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 5 min 552 hektar təşkil edib.