Ələt-Astara yolunun Lənkəran rayonunun Girdəni kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Shacman” markalı yük avtomobili ilə “Dnepr” markalı yük motosikletinin toqquşması nəticəsində motosikletin sürücüsü, Lənkəran rayonunun Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədov hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.//AZƏRTAC