Gənclər və İdman Nazirliyinin, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən budo döyüş növü üzrə Respublika turnirində astaralı idmançılar uğurla çıxış ediblər.
Astarainfo.az xəbər verir ki, turnirdə “free contakt” versiyası üzrə müxtəlif yaş kateqoriyaları üzrə yarışda Məhəmməd Axundov (65), Ümid Zeynalov (38 kq), Azad Babayev (35 kq) birinci, Elnur Babayev (29 kq), Hüseyn Həsənzadə (41 kq), Qurban Baxşiyev (25 kq), Həbib İsayev (65 kq), Mirzə Əliyev (40 kq), Pərvin Zülfüqarov (65 kq) ikinci, Orxan Mirzəyev (48 kq), Nihad Abdullazadə (39 kq) və Rusif Rzayev (43 kq) üçüncü yerlərə sahib olublar.
Qaliblər Gənclər və İdman Nazirliyinin, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının diplom və medallar ilə mükafatlandırılıblar.
Astaralı idmançıları yarışa məşqçilər-budo döyüş növü üzrə VI dan Qara kəmər ustası Ramiq Rəhmanov və VKC üzrə III dan Qara kəmər ustası Zamin Baxşiyev hazırlayıblar.
İyulun 5-də Astara Rayon Gənclər və İdman İdarəsində Respublika turnirində uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
Görüşdə çıxış edənlər idmançıları qazandıqları uğur münasibətilə təbrik edərək onlara yeni-yeni qələbə sevincləri arzulayıblar.