Ukraynada keçirilən juboksinq citsu döyüş növü üzrə Dünya çempionatında astaralı idmançılar uğurlu nəticələr qazanıblar.
Astarainfo.az xəbər verir ki, Dünya çempionatında Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançılardan Hakim Nəsirov 60 kiloqram çəki dərəcəsində qızıl, İmaməli Məmmədov 61 kiloqram çəki dərəcəsində gümüş medala sahib olublar.
Hər iki idmançını beynəlxalq yarışa astaralı məşqçilər – VKC üzrə III dan Qara kəmər ustası Əbülfəz Məmmədov və VKC üzrə III dan Qara kəmər ustası Zamin Baxşiyev hazırlayıb.