“Taliban”la danışıqlarda İran prezidenti də iştirak edib – YENİLƏNİB


Tehranda İran hakimiyyətinin dəstəyi ilə Əfqanıstan hökumətinin nümayəndələri və  “Taliban” hərəkatının heyəti arasında danışıqlar olub.
Astarainfo.az
 “Mehr” agentliyinə istinadən xəbər verir ki, görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edib. Nazir bildirib ki, İran İslam Respublikasının  Əfqanıstanla “Taliban” hərəkatı arasında daxili sülhü bərpa etmək üçün dəstəyi davam edəcək.
Qeyd edək ki, görüş İranın Xarici İşlər Nazirliyinin binasında keçirilib.

***10:52
İran hakimiyyəti “Taliban” hərəkatının Dohadakı başçısı Şir Məhəmməd Abbasinin başçılıq etdiyi idarə heyətini iki tərəfli danışıqlar üçün Tehrana dəvət edib.
Yeniavaz.com
 “Tolo news”a istinadən xəbər verir ki, nümayəndə heyəti həmçinin, Kabildən buraya səfər etmiş keçmiş vitse-prezident Yunus Qanuni başda olmaqla bir qrup əfqan siyasətçisi ilə də görüşəcək.
Qeyd edək ki, iki tərəf arasında sülh danışıqları ilə bağlı danışıqlar aparılacaq.