Türkiyə, Rusiya və İran İsraili Suriyadakı hərbi hücumları dayandırmağa səsləyib.
Astarainfo.az  “TASS”a istinadən xəbər verir ki, bu fikir Astanada təşkil olunan Suriya üzrə 16-cı beynəlxalq görüşün nəticələrindən sonra Türkiyə, Rusiya və İran nümayəndə heyəti tərəfindən səsləndirilib. Heyət Suriyada beynəlxalq və humanitar hüquqların, eləcə də suverenliyin pozulmasını, bölgədəki sabitlik və təhlükəsizliyin təhdid edilməsini qınayıb.
Tərəflər bildirib ki, onlar Suriya münaqişəsinin hərbi yolla həllinin olmadığına inanırlar. Həmçinin üç ölkənin nümayəndi heyəti BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini xatırladaraq, bildirib ki, onlar suriyalıların iştirakı və BMT-nin köməyi ilə uzunmüddətli siyasi həll prosesini dəstəkləyirlər.