Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən 2020-ci ildə imzalanan hərbi sahədə əməkdaşlığa dair saziş Ukrayna Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Astarainfo.az  “Sözcü”yə istinadən xəbər verir ki,  bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb. Hərbi və müdafiə məsələlərində 21 sahədə ortaqlığı özündə birləşdirən sazişin təfərrüatları barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, saziş 16 oktyabr 2020-ci ildə Zelenski və Ərdoğan tərəfindən imzalanıb. Nazirlər Kabinetinin təsdiqlədiyi saziş yaxın günlərdə Ukrayna parlamentinə təqdim ediləcək. Müqavilənin parlament tərəfindən də təsdiqlənəcəyi gözlənilir.