İyulun 9-da Bakı-Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Astarainfo.az  xəbər verir ki, yolda hərəkətdə olan “Hyundai Santa fe” markalı avtomobilin sürücüsü idarəetməni itirməsi səbəbindən 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.

Qəza nəticəsində yol polisinin əməkdaşı polis serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə xəsarət alıb.

E.Ağazadə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar aparılır.