Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların 6 ay daha uzadılmasına qərar verib.
Astarainfo.az “TASS”a istinadən xəbər verir ki, sənədin müddətinin uzadılması Brüsseldə yayımlanan açıqlamada göstərilib. Hesabatda göstərilir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi 2022-ci ilin 31 yanvarına kimi davam etdiriləcək.
Şuranın qərarı 24-25 iyun 2021-ci il tarixli iclasda “Minsk Sazişi”nin həyata keçirilməsi ilə bağlı vəziyyətin son qiymətləndirilməsindən sonra qəbul edilib.
Qeyd edək ki, məsələ ilə bağlı Kremilin cavabı gecikməyib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları uzatmasının yenilik olmadığını və çətin şərtlərdə işləməli olduqlarını bildirib.
Peskov həmçinin, Berlin və Paris tərəfindən irəli sürülən təşəbbüsün təşkilatda olan bir çox üzv dövlətlər tərəfindən dəstəklənmədiyini qeyd edib.