Lənkəran rayon sakini A.Vəliyev idarə etdiyi “QAZel” markalı avtomobili Astara rayonunun Hamuşam kəndi ərazisində aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Astarainfo.az-a verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin Amid Nəsirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.