Astara rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Bu il rayonda 142 hektar sahəndən 342,9 ton taxıl məhsulları istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 24,1 sentner təşkil edib.

Bu barədə Astarainfo.az-a  Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda istehsal edilən taxılın 296,5 tonu buğda, 46,4 tonu isə arpadır. Buğda zəmilərində hər hektardan orta məhsuldarlıq 24,9 sentner, arpa sahələrində isə 20,2 sentner təşkil edib.