Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. İndiyədək bu qəbildən olan insanlara maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təmin olunması, onların müalicəsi, həyat tərzinin yaxşılaşdırılması, eyni zamanda, Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməsi ilə yanaşı, həssas qəlbli şəxslərin həyat tərzinin daha da yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilib.

Astarainfo.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşəbbüsü ilə “Ürəyimiz Qarabağla döyünür” devizi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərə ödənişsiz tibbi xidmət aksiyasına start verilməsi də bunun bariz ifadəsidir.

Xatırladaq ki, aksiya TƏBİB-in tabeliyindəki hospitallar və eləcə də özəl xəstəxanaların tanınmış həkimləri tərəfindən xidmət göstərməklə 2 gün davam edəcək.