Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Astarainfo.az 
“worldometers”ə istinadla xəbər verir ki, dünyada COVID-19-dan ölənlərin sayı 4 milyon 109 min 118-ə, yoluxanların sayı isə 191 milyon 438 min 59-a çatıb. 174 milyon 316 min 401 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 34 milyon 964 min 151 nəfər koronavirusa yoluxub, 624 min 746 nəfər isə ölüb.