ABŞ Kabil xaricindəki bütün hərbi bazaları Əfqanıstan Müdafiə Nazirliyinə və təhlükəsizlik qüvvələrinə təhvil verib.
Astarainfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley jurnalistlərlə brifinqin vaxtı məlumat verib. O bildirib ki, ABŞ hərbçilərinin 95 faizinin Əfqanıstandan çıxarılması prosesi 3 aydan da az müddətə tamamlanıb. Həmçinin Milley ABŞ-ın Əfqanıstanda Dövlət Departamentinin işçiləri ilə yanaşı, kiçik bir hərbi kontingentinin də qaldığını bildirib. Hansı ki, onlar yalnız diplomatik korpusun təhlükəsizliyini təmin edəcəklər.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 14 apreldə ABŞ-ın Əfqanıstandakı missiyasının başa çatdığını bildirmişdi. May ayından isə ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması işinə başlanılmışdı.