Astara Rayon Gənclər və İdman İdarəsinin və Astara Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə bu ilin aprel-iyul aylarında onlayn qaydada yeniyetmə və gənclər arasında keçirilən rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Astarainfo.az xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov gənc rəssamları təbrik edərək, onlara uğurlar arzulayıblar.
Sonda qaliblərə diplomlar təqdim olunub.