Bu ilin birinci yarısında Astara rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyon 216,6 min manat vəsait yönəldilib.

İstifadə olunmuş vəsaitin 3,3 faizi məhsul istehsalı obyektlərinin, 66,1 faizi xidmət sahələri üzrə obyektlərin, 30,6 faizi isə ümumi sahəsi 4690 kvadrat metr olan fərdi yaşayış evlərinin tikintisinə sərf olunub.

Bu barədə Astarainfo.az-a  Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumi sərmayənin 69,4 faizi dövlət, 30,6 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 98,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Altı ayda rayonda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 66,0 faizi nəqliyyat və anbar təsərrüfatına, 3,3 faizi sənaye sahəsinə, 30,6 faizi tikinti sahəsinə, 0,1 faizi informasiya və rabitə sahəsində fəaliyyətə sərf olunub.