İsrail hökuməti “Pegasus” casus proqramı ilə bağlı iddialara ciddi yanaşdığını, eləcə də proqramın yalnız cinayət və terrorla mübarizəyə qarşı istifadə olunduğunu bildirib.

Astarainfo.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qantz Fransada həmkarı Florens Perli ilə görüş vaxtı məlumat verib.
İsraildə “Pegasus” casus proqramının araşdırılması ilə bağlı İsrail Müdafiə Nazirliyinin əməkdaşları, kəşfiyyatın və diplomatik nümayəndələrin də daxil olduğu bir qrup hazırlanıb.
Qeyd edək ki, İsrailin “NSO Group” şirkətinə məxsus “Pegasus” casus proqramı vasitəsilə Fransa prezidenti Emmanuel Makronla yanaşı, Fransanın keçmiş baş naziri Eduard Filip, eləcə də bir sıra siyasətçilərin və jurnalistlərin də telefonlarının dinlənildiyi bildirilir. Ümumilikdə isə bu proqramla 100 mindən çox insanın dinlənildiyi iddia edilir.