Türkiyənin Antalya şəhərində baş verən meşə yanğını 3 nəfərin ölümünə səbəb olub.
Astarainfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
***10:54
Antalyanın Manavqat rayonunda ötən gündən başlayan yanğında 1 nəfər həyatını itirib,
Astarainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyadakı yanğının qarşısı hələ də alınmayıb. Hadisə səbəbilə 10 nəfərin köməksiz vəziyyətdə qaldığı bildirilib.
Yanğınsöndürmə xidmətinin güclü küləyə görə yanğını söndürməkdə çətinlik çəkdiyi vurğulanıb.
***28 iyul, 16:35
Türkiyənin Antalya şəhərinə tabe olan Manavqat rayonunda meşə yanğını baş verib.
Astarainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının sürətlə meşəyə yayılmasına səbəb güclü küləyin əsməsi olub. Yanğının söndürülməsi üçün əraziyə xeyli sayda helikopter, yanğınsöndürmə briqadaları cəlb olunub.
Türkiyənin kənd təsərrüfati və meşə naziri Bekir Pakdemirli hadisə yerində olub.