Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kənan Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Astrainfo.az-a verilən məlumata əsasən, K.Quliyevin üzərinə keçirilən baxış zamanı ondan ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla K.Quliyevə narkotik vasitəni satan şəxsin rayon sakini Murad Cümşüdlü olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən tutulub. M.Cümşüdlünün üzərindən və yaşadığı evdən satış üçün hazırlanmış, ayrı-ayrı bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.