“Azərbaycan, Rusiya, Ukrayna və son anda İranın göndərdiyi yanğınsöndürən təyyarələrlə yanğının söndürülməsində istifadə edilən təyyarələrin sayı artıb”.
Astarainfo.az
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğın bölgəsinə səfəri zamanı deyib. O bildirib ki, yanğınla mübarizə həssas şəkildə aparılmalıdır və zərərçəkənlərə dəymiş ziyan tam şəkildə ödəniləcək. Türkiyə prezidenti çıxışı zamanı meşə yanğınlarının təxribat olması ehtimalından da danışıb:
“Yanğınların təxribat nəticəsində törədilməsi şübhəsi hamı kimi, bizi də narahat edir. Hazırda məsələ ilə bağlı geniş araşdırma aparırılır və bütün suallara aydınlıq gətiriləcək. Terror təşkilatının rəhbərləri ötən il yanğın törətməklə bağlı göstəriş verəndən sonra ölkəmizdə yanan ərazilərin sayı 2 dəfə artmışdı”.