Türkiyədə meşə yanğınlarında ölənlərin sayı 8-ə ,xəsarət alanların sayı isə 864 nəfərə çatıb.  Astarainfo.az-ın məlumatına görə, Antalya vilayətinin Manavgat rayonunda evli cütlüyün cəsədləri tapılıb.

Bildirilib ki, Fəxri Yiğitokur və alman əsilli həyat yoldaşı Andrea Hartmann Yiğitokurun cəsədləri yanğından zərər çəkən evlərində tapılıb.