Oğurluqda şübhəli bilinən Astara rayonunun Şahağacı kənd sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Astarainfo.az-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əsədullayevə məxsus traktordan 850 manat dəyərində ehtiyat hissələri, maqnitofon və 100 litr yanacaq oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakinləri, əvvəllər məhkum olunan F.Dadaşov və C.Məmmədov tutulublar.

Faktla bağlı araşdırma aparılır.